Azərbaycan hərbi dənizçilərinin İrana səfərinin növbəti günündə planlaşdırılmış tədbirlər həyata keçirilib. Gəmi heyətləri və rəhbər şəxslərin iştirakı ilə hər iki ölkənin gəmiləri ziyarət edilib.
Moderator.az xəbər verir ki, ilk olaraq İran hərbi dənizçiləri Azərbaycan gəmisini ziyarət ediblər. Gəmi ilə tanışlıqdan sonra qonaqlarıxa0 maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan dənizçilərindən ibarət heyət isə İranın “Cövşən”x9d raket katerini ziyarət ediblər.
Sonda dənizçilərimiz İran hərbi dənizçilərinə Azərbaycan mətbəxinin dadlı təamlarını təqdim ediblər.