ADY-nin nümayəndə heyəti Çində beynəlxalq forumda – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin–Avropa Dəmir Yolu Ekspresinin II Beynəlxalq Əməkdaşlıq Forumunda (“China–Europe Express Railway Cooperation Forum”) iştirak edib.

Bizim.Media xəbər verir ki, bu forum Çin–Avropa marşrutu üzrə yükdaşımaların dayanıqlı inkişafına dəstək, Asiya və Avropa arasında nəqliyyat bağlantısının gücləndirilməsi, həmçinin “Kəmər və Yol” təşəbbüsünün inkişafı üçün əsas beynəlxalq müzakirə platformalarından biridir.
 

Forumda çıxış edən Arif Ağayev Azərbaycanın Çini təkcə strateji ticarət tərəfdaşı kimi deyil, həm də nəqliyyat və logistika sahəsində etibarlı müttəfiq kimi qiymətləndirdiyini bildirib.


ADY sədrinin müavini qeyd edib ki, infrastruktur və multimodal layihələrin birgə həyata keçirilməsi regionlararası əlaqələrin möhkəmlənməsi, logistika proseslərinin sürətlənməsi, marşrutların şaxələndirilməsi və iştirakçı ölkələrin ixrac-idxal potensialının artırılmasına mühüm töhfə verir.

Forumda iştirakla yanaşı, ADY nümayəndə heyəti Çin Xalq Respublikasının “Cosco”, “Huawei” və “CCCC” şirkətlərinin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib, əməkdaşlıq perspektivlərini, regional yükdaşımalar və rəqəmsallaşma üçün atılacaq mümkün birgə tədbirləri müzakirə edib.
 

Tədbir çərçivəsində ümumi müzakirələr Çin–Avropa Dəmir Yolu Ekspresi dəhlizindən istifadə səmərəliliyinin artırılması, yükdaşıma həcminin genişləndirilməsi, müasir beynəlxalq logistika sisteminin formalaşdırılması, eləcə də Şərqlə Qərb arasında quru nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinə həsr olunub.


İştirakçılar təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli multimodal nəqliyyat marşrutlarının yaradılmasının “Kəmər və Yol” layihəsinin inkişafı üçün mühüm faktor olduğunu bildiriblər.

Forumun yekununda rəqəmsal məlumat mübadiləsi, tarif siyasətinin təkmilləşdirilməsi, infrastruktura investisiyaların artırılması, “yaşıl logistika” siyasətinin tətbiqi və s. istiqamətləri əhatə edən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yüksək keyfiyyətli inkişafı üzrə Birgə Təşəbbüs” sənədi imzalanıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

End of content

No more pages to load

RADİO