Hörmüz boğazından keçən Liberiya bayrağı altında üzən üç neft tankeri naməlum mərmilərlə vurulub.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Marisk” dəniz kəşfiyyat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət “Al Ruwais”, “Mersin Prosperity” və “Sinbad” tankerlərindən gedir. Gəmilər boğazdan keçərkən aşkarlanmaqdan yayınmaq üçün AIS transponderlərini söndürüb.
Hücumların kim tərəfindən həyata keçirildiyi açıqlanmayıb. Hadisə nəticəsində tələfat və ya tankerlərə dəyən ziyanın miqyası barədə hələlik məlumat verilməyib.
Qeyd edilir ki, “Al Ruwais” tankeri sentyabrın sonlarında Omanın Sohar şəhəri yaxınlığında başqa bir gəmiyə dizel yanacağı daşıyıb. “Mersin Prosperity” supertankeri isə sentyabrın ortalarında həmin ərazidə başqa bir gəmiyə 2 milyon barel İraqın Bəsrə xam neftini ötürüb.
Bizim.Media