İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış oldu - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub.

Bizim.Media xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə təsis edilən İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə qoyulub. Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib. Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanmış mərkəz 10 hektardan çox ərazini əhatə edir. Binada 65 metr hündürlüyündə günbəz inşa olunub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri və digər şöbələr daxildir.

Buradakı sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir.

Mərkəzin binasında, həmçinin 100 min əlyazma və bir milyondan çox kitab daxil olmaqla, nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofisləri yerləşir. Mərkəzin muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.
 

Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi – “Osman Quranı” saxlanılır. Zalda Samanilər, Qaraxanlılar, Xarəzmşahlar, Teymurilər və digər sülalələr dövründə yazılmış “Quran”ın əlyazma nüsxələri, həmçinin onların özbək dilinə tərcümələri təqdim olunur. Mərkəzdə dini-maarifləndirici və innovativ media layihələri reallaşdırılıb.


Holoqrafiya, qurğular və proyeksiya texnologiyalarının köməyi ilə “Zaman divarı” nəhəng multimedia panelində müxtəlif dövrlərin ən mühüm tarixi mərhələləri, böyük kəşflər və görkəmli şəxsiyyətlər barədə məlumat verilir. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

End of content

No more pages to load

RADİO