Üç ölkənin dostluğu dünya üçün nümunədir - ŞƏRH EDİLDİ

"Əgər əvvəllər Azərbaycanla Türkiyə münasibətləri, dostluq və qardaşlıq əlaqələri bütün dünyaya nümunə idisə, bu gün artıq Türkiyə, Pakistan və Azərbaycan arasında formalaşan dostluq və qardaşlıq münasibətləri bütün dünyaya örnək olmalıdır".

Bizim.Media xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, xüsusilə vurğulamaq lazımdır ki, son illərdə həm Türkiyə, həm də Pakistanla Azərbaycanın əlaqələri ən yüksək zirvəyə çatıb:

"Bunun bariz nümunəsini biz noyabrın 8-də Azadlıq Meydanında keçirilən və tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş hərbi paradda gördük və buna şahid olduq.

Xüsusilə də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri cənab Şahbaz Şərifin paradda iştirakı, Azərbaycanın uğurları ilə bağlı səsləndirdikləri yüksək fikirlər və verdikləri dostluq və qardaşlıq mesajları bu münasibətlərin ən yüksək göstəricisidir. Türkiyə və Pakistan hərbçilərinin Azərbaycan hərbçiləri ilə birgə addımlaması isə qürurverici bir hadisə idi.
 

Bu parad və ümumilikdə münasibətlər həm siyasi, həm də hərbi baxımdan dünyaya verilmiş mühüm mesaj idi: qardaş ölkələr istər xoş, istərsə də çətin günlərdə hər zaman bir-birinin yanındadır. Dost və qardaş ölkələrin liderlərinin və hərbçilərinin bu paradda iştirakı dünyada analoqu olmayan, bənzəri tapılmayan bir hadisə idi.


Təbii ki, Türkiyə və Pakistanla münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Bu əlaqələr siyasi, hərbi, iqtisadi, mədəni və sosial bütün sahələri əhatə edən dərin dostluq və qardaşlıq münasibətlərinə əsaslanır.

Həm Azərbaycan, həm Türkiyə, həm də Pakistan rəhbərlərinin şəxsi dostluğu və qarşılıqlı hörməti bu əlaqələrin inkişafında mühüm rol oynayır.

Gələcəkdə də əminliklə demək olar ki, bu münasibətlər daha da güclənəcək və hər bir Azərbaycan vətəndaşı, eləcə də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşları, xüsusilə pakistanlı qardaşlarımız bu münasibətlərdən qürur və fəxarət hissi keçirirlər. Bu da bütün dünyaya verilən güclü bir mesajdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

End of content

No more pages to load

RADİO