“Rusiya Avropa İttifaqının (Aİ) dağılmasını istəmir, əksinə, əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Aİ-nin gələcəyi ilə bağlı suala cavabında deyib.
“Biz Aİ-ni dağıtmaq istəmirik, biz qurmaq və əməkdaşlıq etmək istəyirik. Lakin kimsə ayrı-ayrı ölkələrə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane olur”, – Putin bildirib.
Jurnalistin “Elə isə Aİ-ni dağıdaq?” sualına Rusiya lideri belə cavab verib: “Yox, buna ehtiyac yoxdur. Onlar özləri dağılacaqlar”.
Putin əlavə edib ki, Moskva heç nəyi dağıtmaq niyyətində deyil, yalnız qurmaq istəyir.
Bizim.Media