Gəncədə sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
Sürücü 1997-ci il təvəllüdlü Ramal Xuşacarxın idarə etdiyi avtomobili aşırması nəticəsində özü və daha bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəza ilə bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu