XİN-dən Paşinyana CAVAB: “Sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın Ordu Günündə səsləndirdiyi fikirlərə dair yerli medianın sualına cavab verib.

Bizim.Media xəbər verir ki, Ayxan Hacızadə bildirib ki, Ermənistan baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır.

“Ermənistan Baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır. Azərbaycan tərəfinin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz Konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb.

Bununla əlaqədar, Ermənistan tərəfinin bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbuledilməzdir.
Ermənistanın 30 il ərzində məhz tərəf olduğu ərazi bütövlüyümüzün və suverenliyimizin tanındığı beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğu, Azərbaycana qarşı təcavüz törətdiyi, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi hər kəsə məlumdur.

Qeyd edilənləri, habelə Baş nazir Paşinyanın da bildirdiyi kimi, ölkəsinin ciddi hərbiləşmə siyasəti apardığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır. Bu kimi qərəzli bəyanatlar bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdir.

Azərbaycan öz növbəsində sülh və quruculuq səylərini davam etdirəcək və Ermənistandan da sözdə deyil, əməldə adekvat addımların atılmasını gözləyir”, - deyə XİN rəsmisi qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın sabiq müdafiə nazirindən Trampla görüşü ilə bağlı iddialara REAKSİYA

Ukraynanın sabiq müdafiə nazirindən Trampla görüşü ilə bağlı iddialara REAKSİYA

Kamçatkada çarəsiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı XİLAS EDİLDİ – FOTO

Kamçatkada çarəsiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı XİLAS EDİLDİ – FOTO

2027 iqlim kabusu ili olacaq? – Dünyanı rekord isti, güclü qasırğalar və ərzaq böhranı gözləyir

2027 iqlim kabusu ili olacaq? – Dünyanı rekord isti, güclü qasırğalar və ərzaq böhranı gözləyir

Cəmi 7 cümləyə həyatını dəyiş: manipulyasiya olunan yox, edən tərəfə çevril!

Cəmi 7 cümləyə həyatını dəyiş: manipulyasiya olunan yox, edən tərəfə çevril!

Avqustun son həftəsində bürcləri nələr gözləyir?

Avqustun son həftəsində bürcləri nələr gözləyir?

Restoran və kafelərdə ofisianta kömək etmək niyə ayıb sayılır?

Restoran və kafelərdə ofisianta kömək etmək niyə ayıb sayılır?

Məşhur aktyorun son halı görənləri təəccübləndirdi – FOTO

Məşhur aktyorun son halı görənləri təəccübləndirdi – FOTO

Ağır qəzaya düşən Xalq artistinin SON DURUMU

Ağır qəzaya düşən Xalq artistinin SON DURUMU

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

“Yol dağılıb, birgünlük ərzaq var” – Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı –FOTO/VİDEO

“Yol dağılıb, birgünlük ərzaq var” – Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı –FOTO/VİDEO

Müasir insan 150 il yaşaya bilər – Alimlər yolunu TAPDI

Müasir insan 150 il yaşaya bilər – Alimlər yolunu TAPDI

SON DƏQİQƏ! Xalq artisti ağır qəzaya düşdü - FOTO

SON DƏQİQƏ! Xalq artisti ağır qəzaya düşdü - FOTO

Ağcaqanadların bəzi insanları daha çox sancmasının səbəbi BƏLLİ OLDU

Ağcaqanadların bəzi insanları daha çox sancmasının səbəbi BƏLLİ OLDU

“TikTok” videosu çəkərkən “tok” vuran azyaşlının SON DURUMU

“TikTok” videosu çəkərkən “tok” vuran azyaşlının SON DURUMU

Qanında B12 vitamini yüksək olanlara XƏBƏRDARLIQ

Qanında B12 vitamini yüksək olanlara XƏBƏRDARLIQ

Banklar daha çox əmanətçi cəlb etmək üçün bu üsula ƏL ATDILAR

Banklar daha çox əmanətçi cəlb etmək üçün bu üsula ƏL ATDILAR

Acqarına təmiz zeytun yağı içmək vərdişinə son verin — ZƏRƏRLİDİR

Acqarına təmiz zeytun yağı içmək vərdişinə son verin — ZƏRƏRLİDİR

İntuisiyası ən güclü olan 5 BÜRC – Hissləri onları yanıltmır

İntuisiyası ən güclü olan 5 BÜRC – Hissləri onları yanıltmır

Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar

Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar

Bakıda dəhşətli qəza- Ölən və yaralananlar var – Video

Bakıda dəhşətli qəza- Ölən və yaralananlar var – Video

Sözdə “vahid xalq”, əməldə SOYQIRIMI SİYASƏTİ – Rusiyanın Ukraynada dinc əhaliyə qarşı törətdiyi İNSANLIQ CİNAYƏTLƏRİ

Sözdə “vahid xalq”, əməldə SOYQIRIMI SİYASƏTİ – Rusiyanın Ukraynada dinc əhaliyə qarşı törətdiyi İNSANLIQ CİNAYƏTLƏRİ

Temperatur 40 dərəcəyə yüksələcək – PROQNOZ

Temperatur 40 dərəcəyə yüksələcək – PROQNOZ

Yeni orqan kəşf edildi

Yeni orqan kəşf edildi

Xalq artisti yeni imicdə- VİDEO

Xalq artisti yeni imicdə- VİDEO

End of content

No more pages to load

RADİO