Dünən saat 18:44 radələrində 1954-cü il təvəllüdlü şəxs (Şükufə Yusupova - red.) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.
Bildirilib ki, xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.
Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova bu gün ağır yol nəqliyyat hadisəsi keçirib.
Bizim.Media