Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov ABŞ-yə planlaşdırılan səfəri zamanı Ağ Ev rəhbəri Donald Trampın dəstəyini almaq niyyətində olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, keçmiş nazir bu barədə "24-cü kanal"a müsahibəsində deyib.
Fedorovun sözlərinə görə, bu səfər Şərqi Avropa Fondundakı fəaliyyəti, əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi və tərəfdaşlarla görüşlərlə bağlıdır. O, həmçinin müdafiə sahəsindəki layihələri və investisiyaların cəlb olunmasını müzakirə etməyi planlaşdırır.
Fedorov Trampdan dəstək istəmək ehtimalı ilə bağlı suala isə belə cavab verib:
"Xeyr, ümumiyyətlə, bu cür xəbərlərin haradan yarandığını bilmirəm. Bu, bizim daxili məsələmizdir".
Sabiq nazir əlavə edib ki, ölkənin gələcəyi ilə bağlı problemlər Ukraynanın daxilində həll olunmalıdır.
Xatırladaq ki, daha əvvəl dünya mediasında Fedorovun Trampdan dəstək almaq üçün ABŞ-a səfər etdiyi ilə bağlı xəbərlər yayılmışdı.
Bizim.Media