Ağstafada “TikTok” sosial şəbəkəsi üçün video çəkmək məqsədilə qatarın üzərinə çıxan zaman elektrik cərəyanı vuran azyaşlının son durumu bəlli olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, azyaşlı vəziyyəti ağır olduğundan müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu