İnsana xas qoxu ağcaqanadları cəlb edir.
Bizim.Media xəbər verir ki, ABŞ-də nəşr olunan “iScience” jurnalında yayımlanan yeni araşdırmaya görə, ağcaqanadların bəzi insanları daha çox sancmasının səbəbi dəridəki bakteriyaların yaratdığı insana xas qoxu ola bilər.
Mayami şəhərində 120 nəfər üzərində üç müxtəlif ağcaqanad növü ilə aparılan təcrübə zamanı hər növün fərqli qoxu tərkiblərinə üstünlük verdiyi müəyyənləşdirilib.
Tədqiqatçılar həmçinin insan bədənində 246 bakteriya növü aşkar ediblər. Nəticələrə görə, ağcaqanadları cəlb edən amillərdən biri də məhz bu bakteriyaların yaratdığı qoxudur.
Bizim.Media