Erməni keşişin "DÖYÜŞ YOLU" – Tavuşdan İrəvana, oradan da həbsxanaya...

Ermənistanı müəyyən müddətə qarışdırmağı bacaran “Vətən uğrunda Tavuş” hərəkatının lideri, revanşist arxiyepiskop Baqrat Qalstanyan “kabinet siyasəti”nə keçir. O artıq xalqın arasında yox, rahat kabinetlərdə görüşlər keçirir, bəyanatlar verir. Eyforiyaya qapılan keşiş özünü artıq siyasi lider kimi görür. 

Bu ambisiya sayəsində də daha böyük işlərə burnunu soxur. 

Məsələn, ötən gün revanşist keşiş Qarabağda mövcud olmuş keçmiş separatçı "hökumətin" üzvləri və qondarma deputatlarla görüşüb. 

Bu da o deməkdir ki, Baqrat Qalstanyan bəzi qiüvvələrin şirnikləndirici vədinə inanıb, böyük siyasətə qatılmaq istəyir. Amma onun bu iddiaları erməni cəmiyyətinin özündə ikrah doğurur. Məsələn, Ermənistan parlamentinin spikeri Alen Simonyan “Vətən üçün Tavuş” hərəkatının son günlərdəki fəaliyyətini kəskin tənqid edib. O, jurnalistlərə açıqlamasında deyib ki, yeni müxalif hərəkat 90-cı illərdəki bəzi təxribatların təkrarıdır: 

“Bu, keçmişdə baş verən siyasi proseslərin təkrarıdır. Sadəcə Vazgen Manukyanı indi Baqrat Srbazan əvəzləyib. Eyni insanlar, eyni gündəm və məqsədlər də eynidir”. 

Onun sözlərinə görə, kilsə və ruhanilərin siyasətlə məşğul olması yolverilməzdir. 

“Müqəddəs Kitabda deyilir: “Allahın evini ticarət məkanına çevirməyin, siyasət isə alverin özüdür...”. 

Alen Simonyan Baqrat Srbazanın baş nazir postuna namizədliyinin irəli sürülməsi məsələsini isə absurd hesab edib:

"Heç kim Baqrat Srbazanı bu posta irəli sürmək və seçmək niyyətində deyil və yepiskopun qanunla baş nazir olmaq hüququ yoxdur".

Rəsmi İrəvan Baqrat Qalstanyanın sonunu göstərdi

Ermənistan parlamentinin spikeri Alen Simonyan bu sözləri ilə əslində müəyyən mesajlar verdi. O erməni keşişə xəbərdarlıq etdi ki, “sən qanunu pozursan və buna görə cavab verəcəksən”.

Nəzərə alaq ki, erməni spiker Baqrat Qalstanyanı həmçinin kilsənin vəsaitlərini mənimsəməkdə günahlandırıb. Bu isə erməni keşişə qarşı hazırlanmış ikinci ittiham aktıdır. Beləcə, rəsmi İrəvan erməni keşişi dəmir barmaqlıqlar arasına salmaq üçün lazım olan hüquqi bazanı hazırlayıb. Qalıb bu layihəni reallaşdırmaq...

Bəs, Baqrat Qalstanyan nə zaman həbs oluna bilər?

Erməni keşişin həbsi indiki halda real görünmür. Çünki onun ətrafı hər ötən gün seyrəlir. Əgər bir ay əvvəl onun çevrəsində minlərlə erməni vardısa, hazırda bu rəqəm ən azı 10 dəfə azalıb. Üstəlik, Baqrat Qalstanyanın indiki iddiaları əvvəlki çıxışlarından tam fərqlənir. Əgər erməni keşiş əvvəllər ancaq 4 kəndin Azərbaycana qaytarılmasına etiraz edirdisə, bu gün vəziyyət tam fərqlidir. Baqrat Qalstanyan artıq ortaya siyasi iddia qoyub. Bu iddia isə Ermənistanın siyasi hakimiyyətinin dəyişdirilməsidir.

Ona görə də Paşinyan iqtidarı proseslər bu cür davam etsə, erməni keşişin “qələmini qıracaq”. Yəqin ki, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə Baqrat Qalstanyan ittiham ediləcək. Bu növbəti ayda ola bilər.

Erməni keşiş həbs olunmaya da bilər

Bu da onunla bağlıdır ki, Baqrat Qalstanyan yaxın bir ayda “xidməti” yerinə - Tavuşa qayıda bilər. Çünki erməni keşişin ətrafı günbəgün seyrəlir. Bu gedişlə bir aydan sonra erməni keşiş meydanda tək qalacaq. Nəzərə alaq ki, onun sosial bazası yoxdur. Baqrat Qalstanyanı ancaq revanşistlər və bəzi xarici qüvvələr müdafiə edir. 

Sadə ermənilərsə ona qarşı hər hansı bir simpatiya bəsləmir. Çünki erməni cəmiyyəti siyasi çəkişmələrdən bezib, yorulub və baş verən proseslərə laqeyd qalır. Bu isə indiki halda ancaq Nikol Paşinyanın işinə yarayır. Ona görə ki xalqın təzyiqi olmadıqca o kreslosundan əl çəkən deyil.

Burada bir məsələ də var... 

Son illər Ermənistanda bir ənənə yaranıb. Hər ilin aprelində bəzi narazı qüvvələr sanki “qış yuxusu”ndan ayılmış kimi küçələrə tökülür. Bu proses isə adətən 2 ay çəkir, iyun ayında hadislər səngiyir və payızda yenidən səs-küy qalxır. 

Nəzərə alaq ki, Nikol Paşinyan da 2018-ci ildə aprel mitinqlərindən sonra hakimiyyətə gəlmişdi. Ancaq ötən 6 ildəki aprel mitinqləri o qədər də effektiv olmayıb. Hətta 2021-ci ilin aprelində 44 günlük müharibənin şokunu yaşayan Ermənistanda belə heç nə dəyişmədi. Əksinə, bütün aprel mitinqlərindən Nikol Paşinyan öz siyasi maraqları üçün istifadə edib. 

Yəqin ki, bu dəfə də belə olacaq. Erməni baş nazir öz rəqiblərinə növbəti dəfə sarsıdıcı zərbə vuracaq. Çünki erməni cəmiyyətində kilsənin çox böyük təsir imkanları var. Uzun illər bəzi xarici və daxili qüvvələr də Qriqori kilsəsini ehtiyat və sonuncu kart kimi saxlamışdı. Lakin bu variant da işə yarımadı. Nikol Paşinyan yenə də öz kreslosunun toxunulmazlığını saxlayacaq. İyun ayının əvvəllərində Baqrat Qalstanyanın ətrafındakı sonuncu erməni də çəkilib gedəcək. Bununla da “Vətən naminə Tavuş” hərəkatı da tarixin arxivinə gömüləcək.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

End of content

No more pages to load

RADİO