“Kubinkada satdığı çörəklərin puluna kitab alırdı” – Cəfər Cabbarlının nəvəsi danışdı – ÖZƏL

Bəzən oxuduğun bir cümlə uzaq uşaqlıq xatirələrini, böyüklərdən eşitdiyin əhvalatları təzələyər, illərin arxasında qalmış görüntüləri göz önündə yenidən canlandırar. Elə dərin, kövrək bir təəssürat yaradar ki, onu mütləq bölüşmək, başqaları ilə paylaşmaq istəyərsən.

Böyük dramaturq Cəfər Cabbarlının nəvəsi, daha bir tanınmış yazıçı Seyfəddin Dağlının oğlu, istedadlı tərcüməçi Bəhlul Abbasov da Bizim.Media-da dərc olunan “Azərbaycanın çörək xəritəsi” məqaləsini oxuyarkən məhz belə bir hiss yaşayıb.

Bölgələrimizin dadlı çörəkləri ilə bağlı məlumatlar onu babası ilə bağlı keçmişə qaytarıb:

“O söz var e, ”Çörək varsa, mahnı da olacaq” — bəlkə də, düz sözdür. O mənada ki, axı babam uşaqkən anasının bişirdiyi çörəkləri Quba meydanında satırmış, puluna kitab alıb oxuyurmuş... Nəticədə özü neçə-neçə mahnıları bəzəyən şeirlər və daha nələr-nələr yazıb...”

Bəhlul Abbasov daha sonra qeyd edib ki, Cəfər Cabbarlının anası Şahbikə xanımın bişirdiyi çörəklər o vaxt Bakıda adla tanınarmış.

Həmin dövrdə maddi çətinlik içində yaşayan ailələrdə uşaqlar da valideynlərinə kömək edir, öz kiçik əllərilə valideynlərinə dayaq olurdular. Balaca Cəfər 7-8 yaşlarında ikən, özündən bir neçə yaş böyük qohumu ilə birlikdə anasının bişirdiyi təzə çörəkləri Quba meydanında (Kubinka) satarmış. Çörəklərin satışından qazandığı pula isə kitab alar, onları böyük həvəslə oxuyarmış.

 

Hətta qohumu daha dilli-dilavər olduğundan, onun da çörəklərini satdığı vaxtlarda Cəfər fürsətdən istifadə edib bir kənara çəkilər, vaxt itirmədən kitab oxuyurmuş. Bunları “Bahar oğlu” romanında böyük dramaturqun oğlu, yazıçı Seyfəddin Dağlı da xatırlayıb.

 

Bəhlul müəllimin sözlərinə görə, Cəfər Cabbarlının bir şəxsiyyət və böyük yazar kimi formalaşmasında mühüm rol oynayan həmin köhnə kitablar bu gün də qorunub saxlanılır. Onlar hazırda dramaturqun ev-muzeyində saxlanılır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

End of content

No more pages to load

RADİO