“Bitcoin”lə bağlı MÜƏMMA – Azərbaycanda 4,4 milyardlıq kriptovalyutanı KİMLƏR ALIB?

Dünyanın maliyyə bazarlarında nüfuzu artan “Bitcoin” durmadan dəyər və tərəfdar qazanır. Baxmayaraq ki, bir sıra ölkələr bitcoini tədavül vasitəsi kimi tanımır. Bununla belə hər kəs yeni valyuta növünə böyük maraq göstərir.

Maraqlıdır ki, "MicroStrategy" şirkətinin idarə heyətinin sədri və "Bitcoin"nin ən görkəmli tərəfdarlarından biri olan Maykl Saylor yeni il ərəfəsində belə bir proqnoz verib ki, qarşıdakı onilliklər ərzində “Bitcoin”ə böyük bir qlobal sərmayə axını olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

“Bitcoin”in qiyməti 105 min dollara ÇATDI – FOTO


Saylora görə, bu dəyişiklik investorların daşınmaz əmlak, təbii resurslar və valyutalar kimi ənənəvi aktivləri sataraq "BTC"yə sərmayə qoymasını təmin edəcək. Onun proqnozuna əsasən, "BTC"nin bazar dəyəri 2045-ci ilə qədər 280 trilyon dollara çata bilər.

Təsadüfi deyil ki, ölkəmizdə də bu kriptovalyutaya böyük maraq var.

Baxmayaraq ki, kriptovalyutaların rəsmi şəkildə tədavülü qanunvericilikdə təsbit edilməyib. Bununla belə Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb. Azərbaycanda virtual aktivlərin həcmi isə 2023-cü ildə 4,4 milyard dollara bərabər olub. Bura kriptovalyuta ilə aparılan əməliyyatlar daxildir.

Qeyd edək ki, Azərbaycan bu göstərici ilə Yaxın Şərq və Şimali Afrika ölkələri (MENA) sırasında 10-cu olub. Siyahıya 130 milyard dollarla Türkiyə başçılıq edir.

“Bitcoin”in alqı-satqısı necə tənzimlənir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bitkoinin tədavülü ölkəmizdə tam qadağan deyil:

“Lakin orada qeydiyyat məsələsi var. Yəni rəsmi hesab açmalısan, rəsmi əməliyyatlar aparmalısan və s. Amma ölkə ərazisində onun ödəniş vasitəsi kimi istifadəsi qadağandır”.

Müsahibimiz Azərbaycanda virtual aktivlərin həcminin 4,4 milyard dollara bərabər olmasına təəccüblə yanaşıb:

“Düzü, bu o qədər də inandırıcı görünmür. Yəni Azərbaycan kimi kiçik ölkədə bu həcmdə kriptovalyuta əməliyyatının keçirilməsi o qədər də ağlabatan deyil. Doğrudur, “Bitcoin” 17 ilə yaxındır ki, dövriyyədədir. Amma Azərbaycanda bu kriptovalyuta son zamanlar populyarlıq qazanıb. Ona görə də qısa zamanda bu həcmdə “Bitcoin”in alınması sadəcə maraq doğurur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

End of content

No more pages to load

RADİO