Polşada kollec tələbəsi bıçaqla təhsil müəssisəsindəki şagirdlərə hücum edib.
Bizim.Media xəbər verir ki, RMF FM-in məlumatına görə, hadisə nəticəsində 9 nəfərin yaralandığı bildirilib.
Hücumda kollecin tələbələri və bir müəllimə yaralanıb. 19 yaşlı şübhəli saxlanılıb.
Ostrolenka dairə prokurorluğunun sözçüsü Eljbieta Lukaşeviç bildirib ki, yaralılardan biri ağır vəziyyətdədir.
Hadisənin motivi ilə bağlı hələlik məlumat verilməyib.
Bizim.Media