“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament ” təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, aşağıdakılar oyuncaq sayılmayacaq:
- Yolka ağacı bəzəkləri, süni ağaclar və aksesuarları, elektrik çələngləri;
- 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan kolleksiya məqsədləri üçün hazırlanmış miqyaslı modellər;
- Uşaq meydançaları üçün avadanlıqlar;
- İdman avadanlıqları, o cümlədən sualtı avadanlıqlar;
- 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan folklor və dekorativ kuklalar;
Bu Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.
Qərarla bağlı daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bizim.Media