ABŞ dövlət katibi Marko Rubio Avropanı “yuxudan oyanmağa” və qitənin keçmişdəki gücünü yenidən bərpa etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Rubio bildirib ki, Avropanın minilliklər əvvəl burada yandırılmış “alovu” yenidən alovlandıracağına inanırlar.
“Biz ümid edirik ki, bu, nəsillərin dəyişməsinin başlanğıcı olacaq. Artıq bütün qitədə bunun ilk əlamətlərini görürük”, – deyə o qeyd edib.
ABŞ dövlət katibi Vaşinqtonla Avropa arasında fikir ayrılıqları və emosiyaların zaman-zaman münasibətlərdə gərginlik yaratdığını da vurğulayıb. Onun sözlərinə görə, bu amillərin ABŞ ilə Avropa arasındakı əlaqələri dağıtmasına yol vermək olmaz.
Bizim.Media