Avropa Parlamentinin Strasburqdakı binasında ABŞ Prezidenti Donald Trampı təsvir edən satirik qızıl heykəl quraşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Məlumata görə, 2,5 metr hündürlüyündə olan instalyasiya Danimarkalı heykəltəraş Yens Qalşiot tərəfindən hazırlanıb və 23 karatlıq qızıl təbəqə ilə örtülüb. “Narıncı vəba” (“Orange Plague”) adlandırılan əsərdə Tramp tamamilə çılpaq şəkildə alçaqboylu bir kişinin çiyinlərində oturmuş vəziyyətdə təsvir olunub.
Heykəldə Trampın bir əlində qolf çubuğu, yanında Yer kürəsi formasında top, digər əlində isə tərəzi təsvir edilib.
Heykəlin üzərində “Ədalətsizlik kralı”na aid edilən satirik and da həkk olunub:
“İnsanın kürəyində otururam. O, mənim yükümün altında batır. Mən ona kömək etmək üçün hər şeyi edəcəyəm. Kürəyindən enməkdən başqa”.
Siyasi mövzulu heykəlləri ilə tanınan Qalşiot əsəri ABŞ-nin ekoloji və xarici siyasətindəki qeyri-sabitliyə qarşı “satirik etiraz” kimi təqdim edib.


Bizim.Media