Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi ətrafında yaradılan ajiotajın reallığa uyğun olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, Mirzoyan bu barədə ölkə parlamentində çıxışı zamanı danışıb.
Nazirin sözlərinə görə, TRIPP layihəsi ətrafında bəzən qəsdən şişirdilən müzakirələr gerçək vəziyyəti əks etdirmir.
“İranlılar TRIPP prosesinin tam şəffaflığından, bütün məsələləri müzakirə etməyə hazır olmağımızdan, eləcə də bu infrastruktur obyektlərinin istismarının İranın özünə yaradacağı iqtisadi imkanlardan razıdırlar”, – deyə Mirzoyan bildirib.
O, layihə ilə bağlı prosesin şəffaf şəkildə davam etdiyini vurğulayıb.
Bizim.Media