İranın Parisdəki səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Paskal Konfavrın sözlərinə görə, buna səbəb İranın Fransada məktəblilərin etirazları ilə bağlı “dezinformasiya kampaniyası” aparmasıdır.
İran səfirinə İran Xarici İşlər Nazirliyinin rəsmi sosial media hesablarında yayılan yanlış məlumatların “tamamilə qəbuledilməz” olduğu bildirilib.
Fransa XİN nümayəndəsi həmçinin İranın oktyabrın 6-da Fransanın Tehrandakı səfirini çağırmasının əsassız olduğunu qeyd edib.
Bizim.Media