“Liverpul”un müdafiəçisi Jeremi Jaken Fransa millisinin düşərgəsindən əzələ zədəsi ilə ayrılıb.
Bizim.Media xəbər verir ki, Fransa Futbol Federasiyası 21 yaşlı futbolçunun bud əzələsindən zədə aldığını açıqlayıb.
Jaken Belçikaya qarşı 4:1 hesablı qələbə ilə başa çatan oyunun iştirak ərizəsinə daxil edilməyib.
Müdafiəçi bundan əvvəl Fransanın Belçikaya 1:0 qalib gəldiyi və İtaliya ilə 1:1 hesablı heç-heçə etdiyi oyunlarda start heyətində meydana çıxıb.
Jakenin zədəsi ilə bağlı detallı məlumatlar açıqlanmayıb. Futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcək. Onun oktyabrın 11-də Premyer Liqada “Mançester Siti”yə qarşı oyunda iştirak edib-etməyəcəyi də bundan sonra dəqiqləşəcək.
Bizim.Media