Belgorodda Rusiya hava hücumundan müdafiə sistemi bütün gecə ərzində Ukraynanın pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparıb.
Bizim.Media xəbər verir ki, şəhər sakinləri güclü partlayış səsləri eşitdiklərini bildiriblər. Hadisə ilə bağlı yayılan görüntülərdə yaşayış evlərinin zədələndiyi görünür.
İlkin məlumatlara görə, dağıntıların səbəbi həm dronların düşməsi, həm də Rusiya hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ola bilər.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı barədə rəsmi məlumat açıqlanmayıb.



Bizim.Media