Bakı-Şamaxı yolunun Hökməli dairəsi yaxınlığından keçən hissəsində maraqlı hadisə baş verib.
Bizim.Media xəbər verir ki, bir neçə cins at magistral yol boyunca - avtomobillərin sürətlə və intensiv hərəkət etdiyi yerdə qaçarkən görüntülənib.
Atların baxımlı və cins növdən olması maraqla qarşılanıb.
Onların nəzarətsiz qalmaları və hansısa təsərrüfatdan qaçdıqları ehtimal edilir. (Qafqazinfo.az)
Bizim.Media