Gecə saatlarında Odessa vilayətinə endirilən zərbələrdən sonra Mayaki ərazisindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
Bizim.Media xəbər verir ki, yolda təxminən bir kilometr uzunluğunda tıxac yaranıb.
İlkin məlumata görə, hərəkətin günortadan sonra bərpa ediləcəyi gözlənilir. Lakin bununla bağlı hələlik dəqiq vaxt açıqlanmayıb.
Odessanın özündə isə hazırda elektrik enerjisinin verilişində fasilələr qeydə alınır. Elektrik nəqliyyatının hərəkəti də dayandırılıb.
Bizim.Media