Tələbələr məcburən yaşamadıqları mənzilin kirayəsini ödəyirlər - VİDEO

Tələbələr yay tətilində olsalar da, kirayə mənzil bazarı "tətilə çıxmayıb". Bəzi tələbələr sentyabrda daha yüksək qiymətə ev axtarmamaq üçün kirayə götürdükləri mənzili aylarla əvvəlcədən saxlayırlar. Hətta yay aylarında həmin evdə yaşamasalar belə, kirayə haqqını ödəməyə davam edirlər. Çünki dərslər başlayanda münasib qiymətə mənzil tapmaq ayrıca problemə çevrilə bilər.

Bizim.Media AzTV-ə istinadla xəbər verir ki, tələbələrdən birinin sözlərinə görə, sentyabrda kirayə mənzil tapmağın çətin olduğunu nəzərə alaraq yay aylarında da ödəniş etməyə məcbur qalırlar:

"Məcbur qalmasaq belə, kirayə haqqını ödəyirik. Çünki sentyabrda tələbə axını o qədər çox olur ki, kirayə ev tapmaq mümkün olmur. Buna görə də üç ay evdə qalmasaq da, kirayə haqqını ödəyirik ki, mənzil əlimizdən çıxmasın".

Digər tələbə də oxşar vəziyyətlə üzləşdiklərini bildirir:
 

"Üç ay ərzində şəhərdə olmurlar. Maksimum bir ayını rayonda keçirirlər. Buna baxmayaraq, kirayə haqqını ödəyirlər ki, geri qayıdanda yenidən ev axtarmaq məcburiyyətində qalmasınlar. Burada ev tapmaq çətin olur. Qrup yoldaşlarım arasında da yayda evdə qalmasalar belə, mənzili başqası tutmasın deyə kirayə haqqını ödəyənlər var".


Mənzil bazarında qiymət artımının səbəblərindən biri də ucuz kirayə mənzillərin tədricən bazardan çıxmasıdır. Köhnə tikililərin sökülməsi və yeni binalarda qiymətlərin daha yüksək olması da prosesi çətinləşdirir. Kirayə haqqı isə mənzilin satış qiymətinin təxminən 0,5%-i nisbətində formalaşdığından satış qiymətləri artdıqca kirayə qiymətləri də yüksəlir.

Ekspertlərin fikrincə, keçmiş tələbə yataqxanalarının bir çoxu yaşayış üçün yararsız vəziyyətdə olsa da, onların yerləşdiyi torpaq sahələri ali təhsil müəssisələrinə yaxın ərazilərdədir. Həmin yataqxanalar sökülərək yerində çoxmərtəbəli və daha çox otaqlı yeni yataqxanalar inşa edilərsə, bu, tələbələrin mənzil probleminin həllinə kömək etməklə yanaşı, paytaxtda kirayə mənzil bazarında qiymətlərin sabitləşməsinə də təsir göstərə bilər.

Hazırda paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində köhnə tikililərdə birotaqlı mənzillərin aylıq kirayə haqqı 400 manatdan başlayır.

Yeni tikililərdə isə qiymətlər daha yüksəkdir. Bu da, xüsusilə, tələbələrin münasib qiymətə kirayə mənzil tapmasını çətinləşdirir.

Beləliklə, tələbə yay tətilində şəhərdən getsə də, kirayə haqqını ödəməyə davam edir. Çünki sentyabrda mənzil tapmaq çətinliyi bəzi tələbələri aylarla boş qalan evin kirayə haqqını ödəməyə vadar edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan sülh prosesini daha çox danışaraq deyil, əməli addımlarla irəlilədir

Azərbaycan sülh prosesini daha çox danışaraq deyil, əməli addımlarla irəlilədir

Tehranın yaxınlığındakı zavodda yanğın: 1 ölü, 5 yaralı var - VİDEO

Tehranın yaxınlığındakı zavodda yanğın: 1 ölü, 5 yaralı var - VİDEO

Netanyahu Qəzza zolağında bərpa işlərinə başlanmasına icazə verdi

Netanyahu Qəzza zolağında bərpa işlərinə başlanmasına icazə verdi

Xocalı və Xocavənddə elektrik şəbəkəsi yenidən qurulur

Xocalı və Xocavənddə elektrik şəbəkəsi yenidən qurulur

Husilər “Saudi Aramco”nun neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO

Husilər “Saudi Aramco”nun neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO

Tramp Əliyevə zəng etdi, Bakı və İrəvan dialoqu davam etdirdi

Tramp Əliyevə zəng etdi, Bakı və İrəvan dialoqu davam etdirdi

Serbiya Ukraynanın energetika sektoruna dəstək üçün 2 milyon avro ayıracaq - VİDEO

Serbiya Ukraynanın energetika sektoruna dəstək üçün 2 milyon avro ayıracaq - VİDEO

Şort geyinən gənc qızı əsa ilə vurdu - ANBAAN VİDEO

Şort geyinən gənc qızı əsa ilə vurdu - ANBAAN VİDEO

Apteklərdə “majezik”in satışı dayandırılıb? - Rəsmi AÇIQLAMA

Apteklərdə “majezik”in satışı dayandırılıb? - Rəsmi AÇIQLAMA

Xarkovda Rusiya hücumundan sonra yaralananların sayı 21-ə çatdı - FOTO

Xarkovda Rusiya hücumundan sonra yaralananların sayı 21-ə çatdı - FOTO

Yaponiya Baş naziri Naqasakinin bombalanmasında ABŞ-ın adını çəkmədi

Yaponiya Baş naziri Naqasakinin bombalanmasında ABŞ-ın adını çəkmədi

53 gün ərzində İlon Maskın sərvəti 513 milyard dollara yaxın azaldı - FOTO

53 gün ərzində İlon Maskın sərvəti 513 milyard dollara yaxın azaldı - FOTO

Tələbələr məcburən yaşamadıqları mənzilin kirayəsini ödəyirlər - VİDEO

Tələbələr məcburən yaşamadıqları mənzilin kirayəsini ödəyirlər - VİDEO

İlham Əliyev Sinqapur Prezidentini təbrik etdi

İlham Əliyev Sinqapur Prezidentini təbrik etdi

Təhminə Salmanova yeni vəzifəyə TƏYİN OLUNDU

Təhminə Salmanova yeni vəzifəyə TƏYİN OLUNDU

Gecə hücumundan sonra Odessada Mayaki körpüsündə hərəkət məhdudlaşdırıldı - VİDEO

Gecə hücumundan sonra Odessada Mayaki körpüsündə hərəkət məhdudlaşdırıldı - VİDEO

Co Baydenin prostat xərçəngi digər orqanlara yayılıb - Oğlundan AÇIQLAMA - VİDEO

Co Baydenin prostat xərçəngi digər orqanlara yayılıb - Oğlundan AÇIQLAMA - VİDEO

Kiyevdə insanlar metroda gecələyiblər - VİDEO

Kiyevdə insanlar metroda gecələyiblər - VİDEO

Bakıda magistralla qaçan cins atlar kimindir? - VİDEO

Bakıda magistralla qaçan cins atlar kimindir? - VİDEO

Rusiyada yanacaq böhranı səngimir: Bu şəhərlərdə böyük növbələr yaranıb - VİDEO

Rusiyada yanacaq böhranı səngimir: Bu şəhərlərdə böyük növbələr yaranıb - VİDEO

KFC restoranlarından gözlənilməz addım: ən tələbatlı menyular niyə ləğv olunub?

KFC restoranlarından gözlənilməz addım: ən tələbatlı menyular niyə ləğv olunub?

Xarkovun Saltovka rayonunda yaşayış binaları vuruldu - VİDEO

Xarkovun Saltovka rayonunda yaşayış binaları vuruldu - VİDEO

Zelenski Rusiyanı sülhə məcbur etmə əməliyyatından danışdı: “Mən razıyam”

Zelenski Rusiyanı sülhə məcbur etmə əməliyyatından danışdı: “Mən razıyam”

Hakan Fidan: Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər - VİDEO

Hakan Fidan: Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər - VİDEO

End of content

No more pages to load

RADİO