Təhminə Salmanova DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni vəzifəyə təyin edilib.
Bizim.Media xəbər verir ki, o, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin İnsan Resurslarının Rəqəmsal Proseslərin İdarə Edilməsi və İnkişafı Departamentinin müdir müavini vəzifəsinə gətirilib.
Təhminə Salmanova bundan əvvəl adıçəkilən qurumda şöbə müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların informasiya texnologiyaları, rəqəmsal transformasiya və elektron xidmətlər sahəsində fəaliyyət göstərən qurumudur.
Bizim.Media