Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya çıxılmaz vəziyyətə düşəcəyi təqdirdə nüvə silahından istifadə edə bilər.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, əgər uzunmüddətli və tükəndirici müharibə cəbhədən Rusiyanın daxili ərazilərinə keçərsə və məsələ Moskva üçün ekzistensial xarakter alarsa, Kreml “son variant”a əl ata bilər.
Fidan qeyd edib ki, bu məsələ Rusiya və Qərb tərəfləri ilə apardığı təmaslar zamanı artıq müzakirə olunub.
Türkiyəli nazir vəziyyətin təhlükəli olduğunu vurğulayaraq bildirib ki, əvvəllər mümkünsüz hesab edilən bir çox ssenari son nəticədə gerçəkləşib.
Bizim.Media