Xalq artisti, muğam ustadı Alim Qasımov və müğənni Üzeyir Mehdizadə duet hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Üzeyir Mehdizadə sosial şəbəkə hesabında məlumat yayıb.
Müğənni duet layihəsində iştirak etdiyi üçün xalq artisti Alim Qasımova təşəkkürünü bildirib.
Alim Qasımov isə Üzeyir Mehdizadəyə xoş sözlər ünvanlayaraq onunla birgə çalışmaqdan məmnunluğunu ifadə edib:
“Mənim üçün də şərəfdir ki, sənin kimi yaradıcı insanla tanış oldum. Hər vaxt sənin qulluğunda hazıram. Sənə bütün işlərində uğurlar arzulayıram. Yazdığın mahnıya, sözlərə qulaq asdım, çox xoşuma gəldi”. (musavat.com)
Bizim.Media