Yeni təmayül modelinə cəlb olunan şagirdlərin sayı məlum olub.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Eşqi Bağırovun sözlərinə görə, artıq iki gündür bu təhsil müəssisələrində dərslər başlayıb:
"Yeni təmayül modelinə 16 minə yaxın valideyn müraciət edib. Təmayül tədris modeli tətbiq olunan məktəblərin əhatə dairəsi daha da genişləndiriləcək. Bu məktəblərin sayını 90-a çatdıracağıq".
Bizim.Media, Fəridə