Tanınmış iqtisadçı Natiq Cəfərli Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin çıxışını sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, ekspert bu barədə öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, quru sərhədləri bağlı olan ölkədə turizm “yetkin” deyil, “yetim” gündədir:
“Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev, sitat: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir". Quru sərhədləri bağlı olan istənilən ölkədə turizm yetkin deyil də, yalnız yetim günündə ola bilər...”
Bizim.Media