Sertifikasiya imtahanlarının məqsədi hansısa müəllimləri kənarlaşdırmaq deyil.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Agentlik direktorunun sözlərinə görə, idarəetmə orqanı olaraq məqsəd ən ucqar kəndlərdən tutmuş ən böyük məktəblərə qədər şagirdlərin qarşısına yüksək peşə bacarıqlarına sahib müəllimlər çıxarda bilməkdir:
"Sertifikasiya prosesində məqsədimiz hansısa müəllimlərin əmək müqaviləsinə xitam vermək deyil. Biz bu prosesdə həm də müəllim korpusu barədə datalar əldə edirik", — o bildirib.
Bizim.Media, Fəridə