MİQ üzrə 3 minə yaxın vakant yer boş qalıb.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Eşqi Bağırovun sözlərinə görə, bu o demək deyil ki, həmin yerlər boş qalacaq:
"Ayrı-ayrı ucqar kənd məktəblərində azsaylı fənnlər üzrə çatışmazlıqlar var. Yerli İdarəetmə orqanlarına həmin boş yerlərə müəllim qəbulu ilə bağlı məlumat verilir. Tutulmayan yerlərə ya yeni müəllim qəbul edilir, ya əvəzçiliklə qonşu məktəblərdən cəlb edilir, ya da müsabiqədə müəyyən tələb olunan balı toplamış müəllimlər boş qalan yerlərə seçilir".
Bizim.Media, Fəridə