Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür.

Bizim.Media xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və  mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilib:
 

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub.


Həmin gün Daxili İşlər Nazirliyinin əməkdaşlarını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində polis əməkdaşları həlak olub və yaralanıb.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

 

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.

 

Lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.

2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib ki, 19 sentyabr 2023-cü il tarixində təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

Qeyd edək ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.

Onu da xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Turizm yetkin yox, yetim gündədir” – İqtisadçıdan sərt tənqid

“Turizm yetkin yox, yetim gündədir” – İqtisadçıdan sərt tənqid

Alim Qasımovdan Üzeyirə: “Sənin kimi sənətçi...” – VİDEO

Alim Qasımovdan Üzeyirə: “Sənin kimi sənətçi...” – VİDEO

Zidan: “Mbappe dünyanın ən yaxşı futbolçusudur”

Zidan: “Mbappe dünyanın ən yaxşı futbolçusudur”

Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı – VİDEO

Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı – VİDEO

Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO

Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO

Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləşdiriləcək

Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləşdiriləcək

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Qərarsız olan 4 BÜRC

Qərarsız olan 4 BÜRC

Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı

Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı

Dünyada hansı yaşda daha çox evlənirlər - ARAŞDIRMA

Dünyada hansı yaşda daha çox evlənirlər - ARAŞDIRMA

MİQ-də 3 min müəllimlik yer boş qaldı— Eşqi Bağırov planı açıqladı

MİQ-də 3 min müəllimlik yer boş qaldı— Eşqi Bağırov planı açıqladı

Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq

Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq

Eşqi Bağırov yeni təmayül modelinə cəlb olunan şagirdlərin sayını açıqladı

Eşqi Bağırov yeni təmayül modelinə cəlb olunan şagirdlərin sayını açıqladı

Husilər İtaliyaya məxsus qırıcını VURDU

Husilər İtaliyaya məxsus qırıcını VURDU

Məqsəd müəllimləri işdən çıxartmaq deyil - Eşqi Bağırov

Məqsəd müəllimləri işdən çıxartmaq deyil - Eşqi Bağırov

Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru

Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru

Rusiya gün ərzində məhv edilən Ukrayna dronlarının sayını açıqladı

Rusiya gün ərzində məhv edilən Ukrayna dronlarının sayını açıqladı

“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı – VİDEO

“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı – VİDEO

Yardımlıda açıq ərazidə yanğın olub - VİDEO

Yardımlıda açıq ərazidə yanğın olub - VİDEO

Ağdərə məktəblərində ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!

Ağdərə məktəblərində ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!

TƏBİB diktor Sevda Məmmədzadənin ölümü barədə MƏLUMAT YAYDI

TƏBİB diktor Sevda Məmmədzadənin ölümü barədə MƏLUMAT YAYDI

Azərbaycan bu ölkə ilə daha 12 sənəd imzalaya bilər

Azərbaycan bu ölkə ilə daha 12 sənəd imzalaya bilər

ABŞ İraqdakı sonuncu hərbi bazasından qoşunlarını ÇIXARIR - FOTO

ABŞ İraqdakı sonuncu hərbi bazasından qoşunlarını ÇIXARIR - FOTO

Tramp: "İran elə indicə saziş imzalamaq istəyir"

Tramp: "İran elə indicə saziş imzalamaq istəyir"

End of content

No more pages to load

RADİO