20 min tamştatlı müəllim kontingenti yaradılacaq və onlar sertifikasiya imtahanından azad ediləcək.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu prosesə 2027-ci ildən başlanılacaq.
Eşqi Bağırov qeyd edib ki, həmin müəllimlərin seçimi müəyyən meyarlar üzrə aparılacaq:
"İlk olaraq sertifikasiya imtahanlarında ən yüksək nəticə göstərmiş və bu işdə işləmək istəyən müəllimlərin seçimi nəzərdə tutulur", - o, bildirib.
Bizim.Media, Fəridə