ABŞ Prezidenti Donald Tramp İranın Birləşmiş Ştatlarla saziş imzalamaq istədiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri "NewsNation" telekanalına verdiyi müsahibədə deyib.
Trampdan İrana qarşı qərar qəbul etməzdən əvvəl Tehrandan nə əldə etmək istədiyi soruşulub.
O cavabında İranın razılaşma əldə etməyə çalışdığını bildirib.
“Hazırda onlar razılaşma əldə etmək istəyirlər, çünki hər cəhətdən - həm maliyyə, həm də hərbi baxımdan uduzurlar”, — deyə Tramp bildirib.
Bizim.Media