Fransa millisinin baş məşqçisi Zinəddin Zidan hücumçu Kilian Mbappeni hansı mövqedə oynatmağı üstün tutduğunu açıqlayıb.
Bizim.Media bu barədə “championat.com”a istinadla xəbər verir.
“Kilian Mbappe dünyanın ən yaxşı futbolçusudur. O, hücumun hər üç mövqeyində oynaya bilir. Şəxsən mən onu sol cinah vingeri kimi çox bəyənirəm”, – Zidan mətbuat konfransında deyib.
Mbappe Fransa millisinin kapitanıdır. 27 yaşlı hücumçu milli komandanın heyətində bütün turnirlərdə 106 matçda iştirak edib, 66 qol vurub və 44 məhsuldar ötürmə edib. Mbappe 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.
Bizim.Media