Tolik həbs olunacaq?

Bir neçə gündür ki, sosial şəbəkələrin əsas gündəm mövzusu "Tolik" ləqəbi ilə tanınan prodüser Tarix Əliyevin səsləndirdiyi fikirlərlə bağlıdır.

Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, Tarix Əliyev tiktok sosial şəbəkəsində qoşulduğu müzakirələrin birində həbsdə olan şəxslərin ailə üzvlərini təhqir edib.Bununla bağlı sosial mediada video da yayılıb.Yayılan videoda müzakirə fonunda qeyri-etik ifadələrin işlədildiyi görünür.Ancaq sözügedən ifadələrin müəyyən qrup insanların müzakirəsi zamanı işlədildiyi aydın olur.

Bəs sosial şəbəkələrdə,kütlə önündə qeyri-etik ifadələrdən istifadə,açıq söyüş şəklində müəyyən qrup insanların təhqir olunması hansı məsuliyyətə səbəb ola bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com saytına danışan vəkil Şəms Mirzəyeva bildirib ki, təhqir cinayət məsuliyyəti yaradır.
 

"Son dövrlərdə sosial şəbəkələrdə aparıcılar, bloggerlər və ya ictimai fiqurlar tərəfindən sərt və etik çərçivəni aşan ifadələrə tez-tez rast gəlinir. Sosial şəbəkələrdə ümumi kütlənin, xüsusilə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin təhqiri yalnız əxlaqi deyil, həm də hüquqi məsuliyyətə səbəb ola bilər.


Belə ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən hər bir şəxsin şərəf və ləyaqəti toxunulmaz hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, hər bir fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər.

Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir.

Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinə əsasən, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatların sosial media hesablarında yerləşdirilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 

Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən kütləvi çıxışlarda, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması təhqir hesab olunur və təhqir cinayət məsuliyyəti yaradır. 


Belə ki, zərər çəkmiş şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlana bilər və təhqir sübuta yetirildikdə təqsirləndirilən şəxs min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksənsaatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər",-deyə vəkil açıqlamasında bildirib.

Məlumat üçün qeyd edək ki, mütəmadi olaraq "TikTok" platformasında əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər davam edir.

Bu tədbirlərin fonunda sözügedən sosial şəbəkələrdə məşhurlaşan və qeyri-etik paylaşımlar edən şəxslərə qarşı hüquqi addımlar atılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

End of content

No more pages to load

RADİO