Rusiya Prezidenti Vladimir Putin İran xalqının dözümlülüyünü və ölkə rəhbərliyindəki “böyük ehtiyat oyunçular skamyası”nı yüksək qiymətləndirib.
Bizim.Media xəbər verir ki, Putin İranla bağlı açıqlamasında ölkənin rəhbərliyində kifayət qədər təcrübəli şəxslərin olduğunu bildirib.
Rusiya lideri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini “böyük səhv” adlandırıb.
Putinin sözlərinə görə, kompromislərin tərəfdarı olan Laricani hazırda İran məsələsinin tənzimlənməsi ilə bağlı qarşılıqlı məqbul həll yollarının axtarışında lazım ola bilərdi.
Bizim.Media