Azərbaycandan Serbiyaya qaz tədarükünün bərpasının təxmini tarixi açıqlandı

Azərbaycan qazının Serbiyaya tədarükünün yanvarın 15-də bərpa olunacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu trend.az-a  bazar günü enerji bazarındakı məlumatlı mənbə "Şahdəniz Alfa" platformasında yaranmış texniki problemlə əlaqədar tədarükün dayandırılmasını şərh edərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan qazının Serbiyaya tədarükü tezliklə bərpa olunacaq


“Platformadakı nasazlıq ilə bağlı təmir işləri yaxın günlərdə başa çatdırılmalıdır, bundan sonra Serbiyaya tədarüklər bərpa olunacaq. Yanvarın 15-də tədarükün bərpası gözlənilir”, - mənbə bildirib.

Eyni zamanda, bp Azerbaijan-dan verilən məlumata görə, şirkət platformada yaranmış texniki problemin tezliklə aradan qaldırılması üçün çalışır.

“Texniki problemin mümkün qədər tez aradan qaldırılması üçün iş aparılır. Şahdəniz Alfa platformasının özündə və digər platformalarda heç bir problem yoxdur. Texniki problem xüsusilə Şahdəniz Alfa platforması ilə Səngəçal terminalı arasında sualtı kondensat ixrac xəttində yaranıb”, - BP-dən bildiriblər.

Qeyd edək ki, ötən gün Serbiya prezidenti Aleksandar Vuçiç Azərbaycanın “Şahdəniz” yatağındakı texniki nasazlıqlara görə gündəlik 1,7 milyon kubmetr qaz tədarükünün dayandırılması ilə bağlı Serbiya tərəfini xəbərdar etdiyini bildirib.

Bu fonda bəzi KİV-lər tədarükün kəsilməsinin “bir neçə ay” davam edə biləcəyini bildirib.

Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında saziş imzalanıb. Müqaviləyə əsasən, 2024-cü ildən 2026-cı ilə qədər olan dövrdə Azərbaycandan Serbiyaya hər il 400 milyon kubmetrədək qaz tədarük ediləcək, həcmi 2027-ci ildən artırmaq imkanı olacaq.

Azərbaycan qazının Serbiyaya tədarükü 2024-cü ilin fevralında başlayıb. 2024-cü ilin sentyabrında SOCAR və Srbijagas arasında sutkada 1 milyon kubmetr qazın alqı-satqısına dair əlavə saziş imzalanıb ki, bu da 2024-cü il noyabrın 1-dən 2025-ci il aprelin 1-dək olan dövrü əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

Ukrayna ilk dəfə öz ballistik raketini döyüşdə tətbiq etdi - VİDEO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Putin: “Radikalları dövlət çevrilişinə sövq etmək lazım deyildi” - VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

End of content

No more pages to load

RADİO