Azərbaycanın xam neft üzrə hasilat kvotası 2026-cı ilin sonuna qədər sabit qalacaq

Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 38-ci iclasında iştirak edib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, “OPEC plus” ölkələri neft bazarındakı cari vəziyyəti müzakirə edərək 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barrel həcmində müəyyən ediblər.
 

Bu razılaşmanı Azərbaycan da dəstəkləyib. Azərbaycanın gündəlik 551 min barrel həcmində olan mövcud xam neft hasilatı kvotası isə bu dövrdə sabit saxlanılacaq. Həmçinin 8 ölkənin - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın 2023-cü ilin aprel və noyabr aylarında elan edilmiş könüllü öhdəliklərinin davam etdirilməsi razılaşdırılıb.


Beləliklə, 8 ölkə tərəfindən 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 milyon barrel əlavə könüllü öhdəliklər 2026-cı ilin dekabrın, 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 milyon barrel əlavə könüllü ixtisarlar isə 2025-ci ilin martın sonuna qədər qüvvədə qalacaq. Bu ölkələrin 2,2 milyon barrellik ixtisarları 2026-cı ilin sentyabrın sonuna qədər aylıq olaraq mərhələli şəkildə ləğv ediləcək.

İclasda iştirakçı ölkələrin hasilatının üç müstəqil mənbə tərəfindən qiymətləndirilməsi müddətinin 2026-cı ilin noyabr ayının əvvəlinə qədər, həmçinin kompensasiyalar üzrə son tarixin həmin ilin iyun ayının sonunadək uzadılması barədə də razılıq əldə edilib.

Energetika naziri Pərviz Şahbazov “OPEC plus” formatında tənzimləmə mexanizminin qlobal neft bazarında sabitliyin qorunub saxlanmasında mühüm rolundan, xüsusilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun sədrliyi ilə bu əməkdaşlığın töhfələrindən bəhs edib. Bu təşəbbüsə “Əməkdaşlıq Bəyannaməsi”nin digər ölkələri də qoşulub və bu məqam iclasın yekun sənədində də əks olunub.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşü isə 2025-ci ilin 28 may tarixinə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampdan daha bir ölkəyə HÜCUM TƏHDİDİ – “Bombalamağa hazırıq” – VİDEO

Trampdan daha bir ölkəyə HÜCUM TƏHDİDİ – “Bombalamağa hazırıq” – VİDEO

Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto

Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto

Nikahların sayı KƏSKİN AZALIB: Boşanmalar isə...

Nikahların sayı KƏSKİN AZALIB: Boşanmalar isə...

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bakıda vəzifəli şəxs həbs edildi

Bakıda vəzifəli şəxs həbs edildi

Qatıq mayalanmasında noxud hiyləsi— Uzun müddət turşumur

Qatıq mayalanmasında noxud hiyləsi— Uzun müddət turşumur

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı – FOTO

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı – FOTO

Böyükşor yaşıla, Urmiya qırmızıya boyandı – Müharibə, yoxsa təbiətin xəbərdarlığı?

Böyükşor yaşıla, Urmiya qırmızıya boyandı – Müharibə, yoxsa təbiətin xəbərdarlığı?

Böyük sərvət yaratmaq üçün təyin olunmuş doğum tarixləri

Böyük sərvət yaratmaq üçün təyin olunmuş doğum tarixləri

General-mayor olan Elfan Quliyevin FOTOSU

General-mayor olan Elfan Quliyevin FOTOSU

Toralla xanımından maraqlı Video

Toralla xanımından maraqlı Video

AZAL Atırauya ilk reysini həyata keçirdi – FOTO

AZAL Atırauya ilk reysini həyata keçirdi – FOTO

Bakının mərkəzində meydana Ukrayna yazıçısı Taras Şevçenkonun adı verildi

Bakının mərkəzində meydana Ukrayna yazıçısı Taras Şevçenkonun adı verildi

Elvindən Zubirə vida- “Gözüm səni axtaracaq”

Elvindən Zubirə vida- “Gözüm səni axtaracaq”

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto

Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada -Foto

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada -Foto

Ən gənc general-leytenant oldu

Ən gənc general-leytenant oldu

Dövlət qulluqçularının adından dələduzluq edən şəxslər TUTULDU - VİDEO

Dövlət qulluqçularının adından dələduzluq edən şəxslər TUTULDU - VİDEO

Ukraynanın səfiri İlham Əliyevə TƏŞƏKKÜR ETDİ – FOTO

Ukraynanın səfiri İlham Əliyevə TƏŞƏKKÜR ETDİ – FOTO

Pensiyalarla bağlı vacib məlumat

Pensiyalarla bağlı vacib məlumat

Çin avtomobilləri BAHALAŞACAQ

Çin avtomobilləri BAHALAŞACAQ

Nigar Cəbrayılova Fuad Nağıyevin müşaviri oldu

Nigar Cəbrayılova Fuad Nağıyevin müşaviri oldu

End of content

No more pages to load

RADİO