Əmlak sığortası üzrə ÖDƏNİŞLƏRDƏ AZALMA – Sənədsiz evlər çoxdur, ya CƏRİMƏ YOXDUR?

Bu ilin 9 ayında Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 46 %-ə yaxın azalıb.

Ümumilikdə sığorta bazarı 1 milyard 23 milyon 707 min manat təşkil edib. 

Ən çox yığım könüllü sığortalar üzrə olub. Bu ilin 9 ayının nəticəsinə görə könüllü sığorta bazarı 765 milyon 429 min manat təşkil edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hansı mənzil sahibləri sığortaya görə cərimə edilə BİLMƏZ? – AÇIQLAMA


Ondan 495 milyon 226 min manatı həyat, 270 milyon 203 min manatı qeyri-həyat, 258 milyon 279 min manatı icbari sığortanın payına düşüb. Könüllü həyat sığortasında ən yüksək yığımlar 462 milyon manat olmaqla həyatın yaşam sığortası üzrə, qeyri-həyat sığortasında 103 milyon 916 min manat olmaqla şəxsi sığortası üzrə və 96 milyon 98 min manat olmaqla tibbi sığorta üzrə yığılıb. 

İcbari sığorta üzrə ən yüksək yığımlar 193 milyon 366 min manat olmaqla qeyri-həyat sığortasının, ondan 126 milyon 002 min manat olmaqla avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və 66 milyon 386 min manat olmaqla daşınmaz əmlakın icbari sığortasının payına düşüb. 

Bəs əmlak sığortası üzrə ödənişlərin azalmasına səbəb nədir?

Azərbaycanda ümumilikdə 1 milyona yaxın sənədsiz ev var. Paytaxtda isə sənədi olmayan evlərin sayının 500 minə yaxın olduğu deyilir.

Ölkədə xeyli sayda sənədsiz evin olduğunu nəzərə alsaq, bu azalmada onların payı varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bunun səbəbini sığorta ilə bağlı təbliğatın azalmasında görüb:

“Ötən il daşınmaz əmlakın icbari sığortalanması və sığortalamayanların cərimələnməsi ilə bağlı mətbuatda məlumatlar yayıldı. Vətəndaşların böyük kütləsi cəriməyə cəlb olunmamaq üçün ötən ilin və bu ilin əvvəlində daşınmaz əmlakını sığortalamağa başladı. Mənə də yüzlərlə insan evlərini sığortalamadığı halda cərimələrin olunması ilə bağlı müraciət edirdilər.

Belə başa düşürəm ki, təbliğat dayandığı üçün vətəndaşların bu, sadəcə, yadlarına düşmür. Gördülər ki, heç bir cərimələnmə yoxdur. Ona görə də təxminən 50 faiz civarında azalma normal haldır. Vətəndaşlar çox güman ki, bu qanunu unudublar”.

O, sığorta məbləğinin də çox olmadığını vurğulayıb:

“Daşınmaz əmlakda sığortalanma məbləği bir o qədər də çox deyil, Bakı şəhəri üçün 50, ikinci dərəcəli şəhərlər üçün 40, regionlar üçünsə 30 manatdır. Bir o qədər böyük rəqəm deyil. Sadəcə, daşınmaz əmlakda vətəndaşların çoxu risklərin az olduğunu düşünüb və yaxud da bu sığorta növündən çoxları boyun qaçırırlar.

Nəqliyyat vasitələrində qəza halları çox olur deyə, orta hesabla hər bir nəqliyyat vasitəsinin sürücüsü kiçik belə olsa qəza törədir. Amma daşınmaz əmlakda ən çox dəyə biləcək zərər qonşulardan su sızması, su basmasıdır. Bunlar da gördüyümüz kimi o qədər də çox olmur. Bu baxımdan vətəndaşlar zərərləri önəmli hesab etmirlər, ona görə də sığartalamırlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Bu şəxslər maaşdan ƏLAVƏ PUL alacaq

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Türklərə görə “Tanrının dərgahı”, yunanlara görə “Məbədlər diyarı” – Dədə Qorqudun qopuzu bu rayonda saxlanılır

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

Putindən SSRİ-nin dağılması ilə bağlı diqqətçəkən AÇIQLAMA

End of content

No more pages to load

RADİO