Gürcüstanın Batumi şəhərindən havaya qalxan 2 nəfərlik təyyarə Rizenin Pazar rayonu sahillərində dənizə məcburi eniş edib. Təyyarədə olan 2 nəfər xilas edilib.
Bizim.Media xəbər verir ki, bu barədə türk mətbuatı yazıb.
Əldə edilən məlumata görө, Gürcüstanın Batumi şəhərindən havaya qalxan "Aerospool WT-9 Dynamic" tipli iki nəfərlik yüngül idman təyyarəsi bu gün günorta saatlarında Rizenin Pazar rayonunun Melyat məhəlləsi sahillərində dənizə məcburi eniş edib.
Təyyarədə olan 2 nəfərin sağlamlıq vəziyyətinin yaxşı olduğu deyilir.
Rize Valisi İhsan Selim Baydaş məsələ ilə bağlı açıqlama verib: "Belçika vətəndaşı olan iki kişi Sahil Mühafizə qruplarımız tərəfindən sağ olaraq çıxarılıb, həyati təhlükələri yoxdur. Onlar təcili tibbi yardım maşını ilə Kaçkar Dövlət Xəstəxanasına aparılıb”.
Bizim.Media