“Küçələrdə, yol kənarlarında heyvan kəsimi yolverilməzdir” – AQTA-dan XƏBƏRDARLIQ – FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, heyvan mənşəli məhsulların izlənilmə sisteminin qurulması və əhalinin sağlam, təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində nəzarət və tənzimləmə tədbirlərini genişləndirir.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. 

“Qeyd edək ki, ölkə ərazisində mövcud olan bütün heyvanların identifikasiya olunması qida zəncirində şəffaflığın, heyvan xəstəliklərinə qarşı effektiv mübarizənin və məhsulların izlənilməsinin təmin edilməsi üçün mütləq şərtdir. Fermerlər və heyvandarlıqla məşğul olan sahibkarlar bu prosesdə maksimum məsuliyyətli olmalıdır. Heyvanların identifikasiyası epizootik sabitliyin qorunmasına, xəstəliklərin vaxtında qarşısının alınmasına və istehlaka təqdim olunan heyvan mənşəli məhsulların və xammalın mənşəyinin məlum olmasına zəmanət verir.
 
Bununla yanaşı, heyvanların kəsimi yalnız qanunvericiliyin tələblərinə cavab verən, müvafiq sanitar-gigiyenik şəraitə, soyutma sistemlərinə və baytarlıq nəzarətinə malik heyvan kəsimi məntəqələrində həyata keçirilməlidir. Küçələrdə, yol kənarlarında, antisanitar və müvafiq icazəsi olmayan yerlərdə heyvan kəsimi qətiyyən yolverilməzdir.

Eyni zamanda, heyvan kəsimi məntəqələri olmayan regionlarda yeni, baytarlıq nəzarətində olan kəsim məntəqələrinin qurulması mühüm prioritet hesab edilir. Bununla əlaqədar, Agentlik yerli icra nümayəndələrini və sahibkarları sıx əməkdaşlığa çağırır. Regionlarda sahibkarlar tərəfindən yeni, müasir kəsim məntəqələrinin formalaşdırılması, yerli icra orqanlarının isə bu prosesə zəruri təşkilati və infrastruktur dəstəyini göstərməsi bölgələrdə qanunsuz kəsim hallarının qarşısını alacaq.

AQTA qida zəncirində iştirak edən bütün tərəfləri qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə, məsuliyyət nümayiş etdirməyə və bu istiqamətdə həyata keçirilən islahatlara dəstək verməyə çağırır”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı

Valideynlərin NƏZƏRİNƏ – Özəl bağçalara qeydiyyat başlayır – VİDEO

Zatulin: Rusiya Ermənistanın şantajına boyun əyməyəcək

Lənkəranda fəaliyyət göstərən mehmanxanaların sayı AÇIQLANDI

Firuzə İbadova xəstəxanaya yerləşdirildi

Dilan Polatın nişanda "Vanlı Kara Haydar"a dediyi sözlər yenidən gündəm oldu – VİDEO

Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb

Uşaqlar üçün GİZLİ TƏHLÜKƏ: Telefon və planşetlərin daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı- Saxlanılan var - Foto

Xalq artisti son mənzilə yola salındı – FOTO

İsrail Britaniyalı diplomatları ölkədən çıxarır

Doğum tarixinə görə insanları ən yaxşı tanıyan 4 qrup

7 dəfə əməliyyat keçirən model VƏFAT ETDİ

Gürcüstandan havaya qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi – VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı – VİDEO

İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsi Naxçıvanda saxlanıldı – SƏBƏB - FOTO

Şərq nağılı Bakıda: Hind sərgisindən VİDEOREPORTAJ

Şərq nağılı Bakıda: Hind sərgisindən VİDEOREPORTAJ

“Küçələrdə, yol kənarlarında heyvan kəsimi yolverilməzdir” – AQTA-dan XƏBƏRDARLIQ – FOTO

“Küçələrdə, yol kənarlarında heyvan kəsimi yolverilməzdir” – AQTA-dan XƏBƏRDARLIQ – FOTO

Trampdan gənc köməkçilərini belə mükafatlandırdı

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova HÖKM OXUNDU

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış- Video

“30 kq çəkisi olan məktəblinin çantası 3 kiloqramı keçməməlidir”

ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

End of content

No more pages to load

RADİO