Avropanı fəth edən xanım - FOTO

Ülviyyə Fətəliyeva tarixi nəticəyə imza atdı. O, Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələdi. Turniri məğlubiyyətsiz başa vuran Fətəliyeva 10 görüşdə 8,5 xal qazandı.

Azərbaycan qadın şahmatı iri addımlarla irəliləyir. Əvvəllər də xanım iti zəka sahiblərimiz uğurlu nəticələr əldə ediblər. Lakin uğurlu qadın şahmatçımız heç vaxt bu qədər parıldamayıb. Bacarıqlı bir gənc nəsil yetişib və onlar hər turnir əvvəlkindən daha yaxşı nəticələr əldə edirlər. Təkcə ötən il qadın millimiz Avropa çempionatında gümüş medal qazandı, 18 yaşlı Ayan Allahverdiyeva dünya çempionu olmağı bacardı. Günay Məmmədova, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva kimi təmsilçilərimiz tez-tez beynəlxalq turnirlərdə özlərindən bəhs etdirə bilirlər.

Bizim.Media “Kaspi” qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edir:

Avropa çempionatında bütün rəqiblərini üstələdi

Son olaraq Ülviyyə Fətəliyeva tarixi nəticəyə imza atdı. O, Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələdi. Turniri məğlubiyyətsiz başa vuran Fətəliyeva 10 görüşdə 8,5 xal qazandı. Sonuncu turda güclü Gürcüstan şahmatçısı Nino Batsiaşvili ilə qarşılaşmada əldə edilən heç-heçə onun qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşməsi üçün kifayət etdi. Ülviyyə Fətəliyeva ən yaxın izləyicilərini bir xal üstələyərək tarixi uğura imza atdı.

“Generallar”dan öndə gedən “əsgər”

Şahmat üzrə milli komandamızın da üzvü olan Ülviyyə 1996-cı ildə Gəncədə anadan olub. Gəncə şahmat məktəbinin yetirməsi artıq yeddi yaşı olarkən ölkəmizi beynəlxalq arenada təmsil etməyə başlayıb. Rəsmi debütünü Türkiyədə edən iti zəka sahibi orada özündən üç yaş böyüklərlə mübarizə aparıb.
 

Fətəliyeva 2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub. Dörd il sonra o, eyni şəhərdə 18 yaşadək şahmatçılar arasında hamını üstələyib. O, həmçinin 20 yaşlı qızlar arasında Azərbaycan çempionu, qadınlar arasında Azərbaycan çempionatının gümüş mükafatçısıdır. 2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında səkkiz xalla bürünc medala sahib olan idmançı bu il, nəhayət, arzusuna çataraq Avropanın ən güclüsü oldu.

Budəfəki qitə birinciliyində çoxlu titullu idmançı, səkkiz qrossmeyster mübarizə aparırdı. Fətəliyeva hazırda beynəlxalq usta dərəcəsindədir. O, reytinqinə görə turnirin ən güclüləri sırasında da deyildi. Ümumiyyətlə, favoritlərdən hesab edilmirdi. Lakin bu dəfə bir “əsgər” “generallar”ı üstələməyi bacardı.

Riskləri sevən, təzyiqdən çıxmağı bacaran

Ülviyyə Fətəliyeva Avropa çempionu adını qazandıqdan sonra arzusunun həyata keçdiyini bildirib. O, uğurunu yaxşı hazırlığa, hisslərə qapılmadan təmkinlə oynamağa bağlayıb. Lakin ümumən 27 yaşlı şahmatçı öz oyunlarında risklər etməyi sevir və bunu uğurla həyata keçirir. Keçmiş dünya çempionları - Robert Fişer və Maqnus Karlsenin oyunlarından ilhamlanan beynəlxalq ustanın oyunlarında da onların stilinə xas elementləri sezmək olar. Ülviyyə daha çox aqressiv oynamağı, hücum etməyi və heç-heçədən qaçmağı sevir. Buna görə də piyadaları, hətta fiqurları tez-tez qurban verir. Şahmat bəzən cansıxıcı oyun hesab edilsə də, bu fikri Fətəliyevanın oyunlarına aid etmək doğru deyil.

Ülviyyə ilə bağlı daha bir maraqlı məqam onun qara fiqurlarla oynamağa üstünlük verməsidir. Adətən, şahmatçılar ilk gediş üstünlüyünə görə ağlarla oynamağa can atırlar. Qaralar müdafiə olunan tərəf olduğu üçün əsasən heç-heçə üçün çalışırlar. Lakin Fətəliyevanın yaxşı debüt biliyi, oyun ortası və oyun sonunda hesablama bacarığı, yaradıcılığı və soyuqqanlılığı təzyiq altında dəqiq gedişlər etməsinə imkan verir. Onun ən bəyəndiyi fiqur isə atdır. Əgər at lövhədədirsə, deməli, həmişə rəqib üçün təhlükələr yaratmaq imkanı da mövcuddur. Bu, klassik şahmat ustalarının partiyalarından süzülüb gələn əhəmiyyətli oyun üslubudur.

Yaxşı təhsil, uğurlu idman karyerası

Ülviyyə Fətəliyeva böyük arzuları olan hər bir gənc üçün motivasiya mənbəyi olmalıdır. O, şahmat karyerası ilə yanaşı, keyfiyyətli təhsil almağa da imkan tapıb. Xarici Dillər Universitetinin ingilis dili müəllimliyi fakültəsini bitirən xanım şahmatçı Romanın La Sapienza Universitetində ingilis və amerikanşünaslıq ixtisası üzrə magistr təhsili almağa da vaxt və fürsət tapa bilib. O, Avropa çempionu olduqdan sonra bildirib ki, bu uğuru xəyal quran gənclərə kömək ola bilər. Çünki böyük uğurlar barədə öncə xəyal qurmalı və daha sonra bunu edəcək bacarığa sahib olduğuna inanmalısan. Ülviyyə də xəyal qurdu, inandı və bacardı.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Azərbaycan DÜNYA REYTİNQİNDƏ: 42 gün ödənişli istirahət

Azərbaycan DÜNYA REYTİNQİNDƏ: 42 gün ödənişli istirahət

Rubio Avropanı “oyanmağa” ÇAĞIRDI

Rubio Avropanı “oyanmağa” ÇAĞIRDI

Dünya ikincisi: “Rəqibimdən zəif idim, başqa heç bir səbəb yoxdur”

Dünya ikincisi: “Rəqibimdən zəif idim, başqa heç bir səbəb yoxdur”

Fransa-İran arasında GƏRGİNLİK: İranlı səfir XİN-nə çağırıldı

Fransa-İran arasında GƏRGİNLİK: İranlı səfir XİN-nə çağırıldı

Zaur Rzayevə yüksək vəzifə verildi

Zaur Rzayevə yüksək vəzifə verildi

Kollecdə DƏHŞƏT: Tələbə bıçaqla 9 nəfəri yaraladı - VİDEO

Kollecdə DƏHŞƏT: Tələbə bıçaqla 9 nəfəri yaraladı - VİDEO

“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

“Liverpul”un futbolçusu sıradan çıxdı

“Liverpul”un futbolçusu sıradan çıxdı

Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı

Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı

Telefon və planşet uşaqların inkişafını kasıblıqdan daha çox ləngidir - XƏBƏRDARLIQ

Telefon və planşet uşaqların inkişafını kasıblıqdan daha çox ləngidir - XƏBƏRDARLIQ

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

End of content

No more pages to load

RADİO