ABŞ Prezidenti Donald Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib.
Bizim.Media xəbər verir ki, buna səbəb Ağ Ev sahibinin Kiyevin uzaqmənzilli zərbələr endirmək imkanları ilə bağlı müntəzəm olaraq aldığı kəşfiyyat məlumatları olub.
"The Wall Street Journal"ın iki amerikalı rəsmiyə istinadən yaydığı məlumata görə, Tramp Ukrayna ordusunun həyata keçirdiyi bu hücumların effektivliyindən olduqca təsirlənib.
Bundan əlavə, kəşfiyyat məlumatlarında Rusiya cəmiyyətində müharibədən yaranan yorğunluğun artması da xüsusi vurğulanır. Mənbələr iddia edir ki, məhz bu qiymətləndirmələr Trampın Ukraynaya qarşı ötən illə müqayisədə daha müsbət mövqe tutmasının əsas səbəblərindən biridir.
Bizim.Media