Rusiyada “Banderol” raketlərinin seriyalı istehsalına iyulun sonunda başlanmasından sonra Ukraynanın Odessa, Çernomorsk və Yujnı limanlarına zərbələr kəskin şəkildə intensivləşib.
Bizim.Media xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, raketlər, o cümlədən Krımdan buraxılır.
“Banderol” raketləri saatda 640-650 kilometrədək sürət yığır, döyüş başlığının çəkisi isə təxminən 114 kiloqramdır.
Formal olaraq Ukrayna limanları fəaliyyətini davam etdirir. Lakin kommersiya gəmiçiliyi kəskin şəkildə azalıb. İyulun 20-dən avqustun 20-dək Odessa limanına sutkada orta hesabla cəmi bir gəmi daxil olub. Halbuki əvvəllər bu göstərici sutkada 7-8 gəmi təşkil edirdi.
Avqustun ilk yarısında Ukraynanın taxıl ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 75 faiz azalıb.
Zərbələr davam edərsə, nəticələr liman sektoru ilə məhdudlaşmaya bilər. İqtisadçıların hesablamalarına görə, blokada ilin sonuna qədər Ukraynanın ÜDM-nin 1,5 faizədək azalmasına səbəb ola bilər.

Bizim.Media