Stavropol diyarında avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların sayı 38 nəfərə çatıb, daha 5 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin regional idarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, qəza nəticəsində sərnişin avtobusunda olan 5 nəfər hadisə yerində ölüb. Daha 38 nəfər, o cümlədən 10 uşaq Pyatiqorsk şəhərinin Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
İlkin məlumata əsasən, avtobusda ümumilikdə 43 sərnişin olub.


Bizim.Media