FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-u axşamdan sentyabrın 1-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
 
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Eləcə də, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib”.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Rusiyada sərt yanacaq bölgüsü iyerarxiyası formalaşıb

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Kiyev yaxınlığında sursat anbarında baş verən partlayışın daha bir VİDEOSU yayıldı

Leninqrad vilayətində neft emalı zavodu yanır - VİDEO

Süni intellektin istifadəçilərin nəzarətindən çıxması halları çoxalıb

Yoxsulluq beynin həcmini azaldır, orqanizmin qocalmasını sürətləndirir - FOTO

Finlandiya prezidenti: “Rusiyanın nə vaxtsa NATO-ya hücum etmək istəyəcəyinə inanmıram” - VİDEO

Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb? - FOTO

ABŞ hərbi məhkəməsindən 11 sentyabr terror aktları ilə bağlı AÇIQLAMA

Ukrayna Krasnodar vilayətində hərbi aerodroma zərbə endirdi - VİDEO

End of content

No more pages to load

RADİO