Ermənistan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri Türkiyə ilə sərhəddə yerləşən “Marqara” sərhəd-keçid məntəqəsinə baş çəkiblər.
Bizim.Media xəbər verir ki, illik seminar çərçivəsində Ermənistan XİN rəhbərliyi və xaricdəki diplomatik xidmət orqanlarının rəhbərləri xarici işlər naziri Ararat Mirzoyanın rəhbərliyi ilə keçid məntəqəsinə səfər ediblər.
Səfər zamanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan keçid məntəqəsinin təmiri və yenidən təchizatı istiqamətində görülən işlər barədə məlumat verib.
Akopyan məntəqənin istismara hazır vəziyyətə gətirildiyini vurğulayıb.
Bizim.Media